22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Somalidə terror zamanı ölən Türkiyə vətəndaşlarının sayı artdı - Yenilənib
Tarix: 03-01-2021 02:04 | Bölmə: Dünya

                   Somalidə terror zamanı ölən Türkiyə vətəndaşlarının sayı artdı


Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə qarşı terror aktı törədilib.
“Qafqazinfo” Türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqladığı məlumatda bildirilir. Qeyd olunur ki, hücum Türkiyə hərbi bazasının 15 kilometrliyində baş verib.
Türkiyəyə məxsus şirkətin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb.
Somali mətbuatının yaydığı məlumata görə, hadisə Əl-Qaidə ilə əlaqəli terror təşkilatı Əl-Şəbab tərəfindən törədilib.
***
Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə qarşı terror aktı nəticəsində ölən Türkiyə vətəndaşlarının sayı 2-yə yüksəlib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“14 yaralının, o cümlədən 3 Türkiyə vətəndaşının müalicəsi Moqadişuda Rəcəb Tayyib Ərdoğan adına Təlim və Araşdırma (Ekspertiza) Xəstəxanasında davam etdirilir. Yaralı Türkiyə vətəndaşlarının vəziyyəti sabitdir, onların həyatı üçün təhlükə yoxdur”, - nazir deyib.
Qoca terror aktını qətiyyətlə pisləndiyini vurğulayıb.



Baxış sayı: 370


Bölməyə aid digər xəbərlər