Bütün xəbərlər
Tramp bir neçə iş vizasının dayandırılmasını uzatdı
Tarix: 01-01-2021 12:15 | Bölmə: Dünya

                   Tramp bir neçə iş vizasının dayandırılmasını uzatdı


ABŞ Prezidenti Donald Tramp bir sıra iş vizalarının dayandırılmasını 31 mart 2021-ci il tarixinədək uzadıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 
Akta görə, elan 31 marta qədər uzadılıb və lazım olduqda uzadıla bilər. Tramp koronavirus pandemiyasının amerikalıların gəlir mənbələrinə mənfi təsir göstərməyə davam etdiyini bildirib. Bundan əlavə bildirilib ki, ölkədə işsizlik qeydə alınmağa davam edir.
Bəyannamələr Tramp tərəfindən 2020-ci ilin aprel və iyun aylarında imzalanıb. Bunlarda, xüsusən H-1B, H-2B, H-4, L kimi vizaların və ABŞ-da işləmək hüququ verən J kateqoriyasına aid sənədlərin çoxunun verilməsinin dayandırılmasından söhbət gedir.
“Reuters” yazır ki, bir çox şirkət bu qərara qarşı çıxır. Agentliyin bildirdiyinə görə, bu məhdudiyyətlər ölkənin seçilmiş prezidenti Co Bayden tərəfindən də tənqid olunub və o, bunları ləğv edib-etməyəcəyi ilə bağlı planlarını hələ açıqlamayıb.



Baxış sayı: 406


Bölməyə aid digər xəbərlər