22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Kolumbiya iki rus diplomatı ölkədən çıxarıb
Tarix: 23-12-2020 00:38 | Bölmə: Dünya

                  Kolumbiya iki rus diplomatı ölkədən çıxarıb


Kolumbiya səlahiyyətliləri kəşfiyyat fəaliyyətində şübhəli bilinən iki rus diplomatını ölkədən çıxarıblar.
Unikal.org xəbər verir ki, bu barədə yerli “Tiempo” qəzeti Kolumbiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, söhbət iki ildən artıqdır Kolumbiyada işləyən Aleksandr Paristov və Aleksand Belousovdan gedir.
Mənbələrə görə, rusiyalı diplomatlar Kali şəhərində müəyyən şəxsləri ələ almaqda, mineral ehtiyatların istismarı və hərbi sahələrlə bağlı məxfi məlumatlara maraq göstərərək iqtisadi casusluqla məşğul olmaqda ittiham edilib.
Artıq hər iki diplomat Kolumbiyanı Boqota-Amsterdam-Moskva aviareysi ilə tərk ediblər.




Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər