22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rusiya Azərbaycandan alma idxalına qadağanı qismən ləğv etdi
Tarix: 18-12-2020 20:34 | Bölmə: Dünya

                   Rusiya Azərbaycandan alma idxalına qadağanı qismən ləğv etdi


Rusiya Azərbaycandan alma idxalına qoyduğu qadağanı qismən ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəsmi saytında məlumat verilib.
Bildirilib ki, “Rosselxoznadzor” 21 dekabr 2020-ci il tarixindən etibarən Şabran rayonunda yerləşən “TURAZ”, “Ran Fruit” və “Əsədov Vahid” MMC adlı Azərbaycan müəssisələri tərəfindən istehsal olunan almaların Rusiya ərazisinə gətirilməsinə icazə verir. 
“Bu qərar yetişdirilən alma ilə əlaqəli karantin fitosanitar nəzarətinin gücləndirilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumatlar, eləcə də becərilən ərazilərin fitosanitar monitorinqi və yoxlamasının nəticələri əsasında qəbul edilib”, - deyə açıqlamada vurğulanıb.



Baxış sayı: 355


Bölməyə aid digər xəbərlər