Bütün xəbərlər
ABŞ-da prezident seçkilərinin nəticələri təsdiqləndi
Tarix: 15-12-2020 03:57 | Bölmə: Dünya

                  ABŞ-da prezident seçkilərinin nəticələri təsdiqləndi


ABŞ Seçicilər Kollegiyası ölkədə keçirilmiş səsvermənin nəticələrini təsdiq edib. Ona əsasən demokrat Cozef Bayden dövlət başçısı olacaq. “Qafqazinfo” bildirir ki, belə bir qiymətləndirmələri “CNN” telekanalı təqdim edib.
Bayden 302, hazırkı Prezident Donald Tramp isə 232 səs toplayıb. ABŞ Prezidenti olmaq üçün namizəd 270 səs toplamalıdır.
Seçkidə məğlubiyyətini qəbul etməyən Tramp Seçicilər Kollegiyasının Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcəyini bildirmişdi.




Baxış sayı: 451


Bölməyə aid digər xəbərlər