Bütün xəbərlər
Ermənistanda keçmiş nazir saxlanıldı
Tarix: 13-12-2020 00:44 | Bölmə: Dünya

                  Ermənistanda keçmiş nazir saxlanıldı


Ermənistanın keçmiş təbiətin mühafizəsi naziri Vardan Ayvazyan saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “News.am”a onun vəkili Miqran Poqosyan  bildirib.
O qeyd edib ki, hələlik Ayvazyana qarşı ittiham irəli sürülməyib.
Vəkilin sözlərinə görə, Vardan Ayvazyan noyabrın 9-dan 10-na keçən gecə etiraz aksiyalarının təşkilində şübhəli bilinir.
Daha əvvəl Ermənistan MTN-in sabiq nazir Vardan Ayvazyanın mənzilində axtarış aparması barədə xəbər verilmişdi.



Baxış sayı: 557


Bölməyə aid digər xəbərlər