Bütün xəbərlər
Ramzan Kadırovun qızına yeni vəzifə verildi
Tarix: 11-12-2020 21:39 | Bölmə: Dünya

                 Ramzan Kadırovun qızına yeni vəzifə verildi


Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırovaya vəzifə verilib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Xədicət Qroznıda Məktəbəqədər Təhsil Şöbəsinin rəhbəri təyin olunub. Məktəbəqədər Təhsil Komitəsinin sədri Aslanbek Cunaidovun sözlərinə görə, Xədicətin bu sahədə təcrübəsi şəhərin məktəbəqədər təhsilini daha yüksək səviyyəyə qaldıracaq.
Xatırladaq ki, bu ilin sentyabrında Ramzan Kadırovun digər qızı Ayşat Kadırova Çeçenistanın mədəniyyət nazirinin birinci müavini təyin olunub.



Baxış sayı: 438


Bölməyə aid digər xəbərlər