Bütün xəbərlər
İranda müxalif jurnalist edam olunacaq
Tarix: 08-12-2020 16:51 | Bölmə: Dünya

               İranda müxalif jurnalist edam olunacaq


İranda müxalif “Amadnews” xəbər portalının redaktoru Ruhullah Zem edam olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyn İsmaili məlumat yayıb. O, jurnalistə verilən hökmün Ali Məhkəmə tərəfindən təsdiqləndiyini qeyd edib.
Qeyd edək ki, “Amadnews” 2015-ci ildə teleqram sosial şəbəkəsində fəaliyyətə başlayıb. Rejim əleyhinə paylaşım edən portal 1 milyondan çox izləyiciyə sahib olub və 2017-ci ildə fəaliyyəti dayandırılıb.
Ruhullah Zemin redaktorluğundakı xəbər saytı “Sedaimardom” (Xalq səsi) olaraq yayımlarına davam edib. Zem 2019-cu ilin oktyabrında həbs olunub.



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər