22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Hulusi Akar Azərbaycanın “Bir Vətən Əməliyyatı”ndan danışdı
Tarix: 05-12-2020 19:55 | Bölmə: Dünya

                  Hulusi Akar Azərbaycanın “Bir Vətən Əməliyyatı”ndan danışdı


“Qəhrəman Azərbaycan Ordusu “Bir Vətən Əməliyyatı”nı uğurla icra edərək Qarabağı 30 ildir davam edən erməni işğalından 44 gündə azad etdi”.
“Qafqazinfo” "Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilk milli helikopter mühərrikinin Dizaynı və İstehsalı Mərkəzinin açılış mərasimində bildirib.
Akar deyib ki, Azərbaycan müharibədə Türkiyənin yerli və milli silah sistemlərindən də istifadə edib.
"Bu gün yerli və milli silah sistemlərimizin həlledici təsirləri bütün dünyada müzakirə olunur və diqqətlə izlənilir", - deyə Akar bildirib. 



Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər