22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Amnesty İnternational” nümayəndəsi erməni vəhşiliklərindən yazdı - Fotolar
Tarix: 04-12-2020 15:35 | Bölmə: Dünya

                 “Amnesty İnternational” nümayəndəsi erməni vəhşiliklərindən yazdı


“Amnesty İnternational” təşkilatının baş məsləhətçisi Donatella Rovera İkinci Qarabağ müharibəsi zamanı törədilmiş müxtəlif erməni vəhşiliklərindən yazıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz tvitter hesabında bir sıra paylaşımlar edib.
“Anar və Nurçin və 8 qonşusu 11 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yatarkən öldürülüb”,- deyə təşkilatın nümayəndəsi Gəncə terroru nəticəsində yaranmış dağıntıların fotolarını paylaşaraq şərh edib.





Hüquq müdafiəçisi paylaşımlarında Ermənistan tərəfindən 17 oktyabrda törədilən növbəti müharibə cinayətinə də toxunub:
“Nigar oktyabrın 15-i keçiriləcək doğum günü ərəfəsində qohumları və qonşuları, o cümlədən bir neçə azyaşlı ilə birlikdə Ermənistan qüvvələri tərəfindən 17 oktyabrda Gəncəyə atılan ballistik raket zərbəsi nəticəsində həlak olub”.
“O mənim yeganə övladım idi, hər şeyim idi”,- deyə Rovera Nigarın anasından sitat gətirib.



Rovera, həmçinin ermənilərin Kəlbəcərdən çıxarkən azərbaycanlıların dəfn olduğu qəbirstanlıqda törətdiyi vandalizm aktlarını da ictimailəşdirib.
“Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki bir qəbiristanlıqda 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarları dağıdılıb. Bəzi qəbirlərin 27 illik işğaldan sonra ərazini tərk edən ermənilər tərəfindən təzəlikcə dağıdıldı görünür”,- deyə hüquq müdafiəçisi bildirib.








Baxış sayı: 452


Bölməyə aid digər xəbərlər