22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı
Tarix: 29-11-2020 21:25 | Bölmə: Dünya

                 Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı


 “Ermənistan böhrandan növbədənkənar seçkilər yolu ilə çıxa bilər”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Moskvada erməni icması ilə görüşündə bildirib.
Azərbaycana bütün cəbhələrdə, o cümlədən informasiya məkanında uduzduqlarını deyən Sarkisyan ölkədə 1994-cü ildən əhalinin sayında artım olmadığını, Azərbaycan orduya böyük sərmayə qoyduğu halda, Ermənistanın hələ də 90-cı illərin ortalarındakı fikirlərlə yaşadığını etiraf edib.
“İstənilən ölkədə belə bir faciəyə səbəb olan hökumət istefaya getməlidir. Güclü siyasətçi yenidən qayıda bilər. Amma indi Ermənistan başqa ölkədir, əvvəlki kimi davam etmək olmaz. Böhrandan çıxmağın sivil yolları var: erkən seçkilər, xalqın razılığı əsasında hökumətin qurulması. Bu o demək deyil ki, hər bir partiyanın öz naziri olmalıdır. Əksinə, keçid hökuməti öz sahəsi üzrə ixtisaslaşmış şəxslər tərəfindən təşkil edilə bilər, onu isə ümumi etimadı qazanmış şəxs qurmalıdır. Belə hökumət yeni seçkilərə qədər altı ay və ya bir il işləməlidir”, - deyə Sarkisyan Paşinyanı istefaya çağırıb.
Ermənistan prezidenti, eyni zamanda konstitusiyada da dəyişikliklər edilməli olduğunu,  parlament, hökumət və prezident institutu arasında tarazlığın vacibliyini qeyd edib. 



Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər