22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İranda nüvə alimi qətlə yetirildi
Tarix: 27-11-2020 19:57 | Bölmə: Dünya

                    İranda nüvə alimi qətlə yetirildi


İranın nüvə sahəsi üzrə fiziki Möhsün Fəxrizadə Tehran əyalətində qətlə yetirilib.
"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, məlumatı İranın Müdafiə Nazirliyi təsdiq edib. Alim İranının Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri olub.
"Bu gün terrorçular Möhsün Fəxrizadəyə silahlı hücum ediblər. Həkimlər briqadası onun həyatını xilas edə bilməyiblər", - deyə nazirliyin məlumatında deyilir.
"Fars" agentliyinin məlumatına görə, alimə Damovənd rayonunda hücum ediblər. Atışma zamanı daha üç-dörd nəfərin ölə biləcəyi ehtimal olunur. Şahidlər hadisə yerində partlayış olduğunu da bildiriblər.
Bununla yanaşı, İranın Atom Enerjisi üzrə Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi ölkədə nüvə enerjisi sahəsində çalışan bütün alimlərin sağ olduğunu açıqlayıb.



Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər