22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Gömrükçülər xeyli miqdarda mobil telefonun qanunsuz gətirilməsinin qarşısını alıb
Tarix: 03-08-2018 15:29 | Bölmə: Dünya

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefonun gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
DGK-dan Trend-ə verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən üzərində 4 ədəd “İphone X” markalı mobil telefonun olması barədə sadələşdirilmiş bəyannamə tərtib edib.
Lakin vətəndaşın əşyaları rentgen aparatıyla yoxlanılarkən monitorda daha çox mobil telefonun təsviri görünüb. Bu səbəbdən həmin şəxs saxlanılıb və əşyaları təkrar yoxlanılıb.
Nəticədə, vətəndaşa məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə düzgün bəyan edilməyən 10 ədəd, paketin içərisində isə 2 ədəd “İphone X 256GB” markalı mobil telefonlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 647


Bölməyə aid digər xəbərlər