22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Bu 3 ölkənin dağıdıcı nüvə raketləri var, “bizdə yoxdur” deyirlər”
Tarix: 25-11-2020 13:48 | Bölmə: Dünya

                     “Bu 3 ölkənin dağıdıcı nüvə raketləri var, “bizdə yoxdur” deyirlər”


İranın Ali rəhbəri Seyid Əli Xamenei Prezident Həsən Ruhaninin rəhbərliyindəki İqtisadi Koordinasiya Yüksək Şurası üzvlərini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, iclasda ABŞ-ın birtərəfli sanksiyalarından qaynaqlanan iqtisadi problemlərə toxunan Xamenei Ruhani hökumətini tənqid edib.
Mütəxəssislərin ölkədəki iqtisadi problemlər üçün ortaq həll yolları axtardıqlarını ifadə edən Xamenei “problem məsələni həll etməməyimiz deyil. Bunun üçün səy, cəsarət və ciddi mübarizə lazımdır”,- deyə bildirib.
ABŞ-ın İrana qarşı uzun illərdir sanksiya tətbiq etdiyini və son üç ildə bu sanksiyaları daha da artırdığını qeyd edən Xamenei Avropa ölkələrinin də bu “cinayət”lərdə ortaq olduğunu bildirib.
Xamenei İranın sanksiyalardan qaçmağın iki yolunun - sanksiyaları təsirsiz hala gətirmək və ya ləğv etmək olduğunu söyləyib.
“Əlbəttə, sanksiyaları ləğv etməyə çalışdıq və bir neçə il danışıqlar apardıq, ancaq nəticəyə gələ bilmədik”,- deyən Ali lider bununla 2015-ci ildə İranla imzalanan, lakin ABŞ-ın 2018-ci ildə birtərəfli qaydada geri çəkildiyi nüvə anlaşmasına işarə edib.
Xamenei “E3” adlı nüvə razılaşmasının tərəflərinin İranın ballistik raket proqramını və regional təsirini məhdudlaşdırmaq üçün danışıqlar çağırışına da reaksiya verib:
“Bölgə məsələlərinə özləri müdaxilə edir, bizə isə “etmə” deyirlər. İngiltərə və Fransanın dağıdıcı nüvə raketləri var. Almaniya da bu yoldadır.  Amma bizə “raketimiz yoxdur” deyirlər”.
O, ölkədəki bəzi güclərin xaricilərə tərəf olduqlarını bildirib: “Yanlış addımdır. Əcnəbilərə etibar olmaz. Onların ümidverici sözlərinə inanmaq mümkün deyil”.



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər