12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Tottenhem” ABŞ-da “Romanı” darmadağın etdi
Tarix: 26-07-2018 09:23 | Bölmə: Dünya

ABŞ-da Beynəlxalq Çempionlar Kuboku çərçivəsində keçirilən görüşdə İngiltərənin “Tottenhem” klubu İtaliyanın “Roma” klubunu 4:1 hesabı ilə məğlub edib. Trend-in məlumatına görə, oyunun taleyi birinci hissədə həll olunub.
Belə ki, hesabı “Roma”nın hücumçusu P.Şik 3-cü dəqiqədə açıb. Buna cavab olaraq, “Tottenhem”in ispaniyalı hücumçusu F.Lyorente 9-cu və 18-ci dəqiqələrdə dubl edib. 28-ci və 44-cü dəqiqələrdə “Tottenhem”in braziliyalı yarımmüdafiəçisi Lukas Moura komandasının üstünlüyünü bir az da möhkəmləndirib.
Yoldaşlıq xarakteri daşıyan turnirdə "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Liverpul", "Tottenhem" və "Mançester Siti", "Real Madrid", "Atletiko" və "Barselona", "Roma" və "Milan", "Borussiya"," Lion " və "PSJ", eləcə də “Benfika" klubları çıxış edir.
Matçların əsas hissəsi ABŞ-da keçirilir. Komandalar simvolik turnir cədvəlində birincilik uğrunda mübarizə aparırlar. Oyunun əsas vaxtı heç-heçə ilə başa çatarsa, qalib penalti zərbələrində müəyyənləşdirilir. Qalib komanda iki xal, məğlub olan isə bir xal qazanır.



Baxış sayı: 711


Bölməyə aid digər xəbərlər