22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Qarabağdakı gərginləşmədə günahkar axtarmağın vaxtı deyil” - Kreml
Tarix: 28-09-2020 15:20 | Bölmə: Dünya

                    “Qarabağdakı gərginləşmədə günahkar axtarmağın vaxtı deyil”


“Kreml hesab edir ki, indi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsində kimin haqlı olduğunu və kimin günahkar olduğunu anlamaq vaxtı deyil və hərbi əməliyyatları dayandırmaq vacibdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, nizamlanmada vasitəçi rolunu yerinə yetirir və bu cür mövqe müxtəlif səviyyələrdə vurğulanıb. İndi  kimin haqlı, kimin haqsız olduğunu anlamaq yox, hər şeydən əvvəl düşmənçiliyi dayandırmaq çox vacibdir. Rusiya həmişə bu məsələdə balanslı mövqe tutub. Məhz bu mövqe Rusiyaya bu münaqişəni həll etmək üçün təsirini və hər iki ölkə ilə ənənəvi olan yaxşı münasibətlərini istifadə etmək imkanı verir”,- deyə Peskov qeyd edib.
Kreml rəsmisi bildirib ki, Moskva Dağlıq Qarabağdakı hərbi əməliyyatların dərhal dayandırılmasına və prosesi siyasi və diplomatik müstəviyə köçürməyə çağırır.
Onun sözlərinə görə, Dağlıq Qarabağ zonasında təmas xəttindəki vəziyyət Rusiya və digər ölkələr üçün ciddi narahatlığa səbəb olub.



Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər