22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
“Gürcüstanın baş naziri olmağa hazıram” - Saakaşvili
Tarix: 08-09-2020 01:36 | Bölmə: Dünya

               “Gürcüstanın baş naziri olmağa hazıram”  -Saakaşvili


“Gürcüstanda müxalifətin seçkilərdə qələbə qazanacağı halda ölkənin baş naziri olmağa hazıram”.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində bildirib.
O, bu vəzifəni tam bir müddətdə deyil, maksimum iki il tutmaq istədiyini deyib: “Əminəm ki, iki il ölkəni bataqlıqdan çıxarmağa və sürətlə irəliləməyə kifayət edəcək”.
Sabiq dövlət başçısı Gürcüstana qayıdışının dəqiq tarixini açıqlamayıb və ölkədə narahatlıqlara səbəb olmaq istəmədiyini qeyd edib: “Hakimiyyətə iğtişaşlarla gəlməyə hazırlaşmıram”.
Qeyd edək ki, bu gün Gürcüstanın müxalif “Güc birlikdədir” birliyi baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb. 


Baxış sayı: 432


Bölməyə aid digər xəbərlər