22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Camal Kaşıkçı cinayəti ilə bağlı qərar verildi
Tarix: 07-09-2020 19:58 | Bölmə: Dünya

                  Camal Kaşıkçı cinayəti ilə bağlı qərar verildi

Səudiyyə Ərəbistanı məhkəməsi jurnalist Camal Kaşıkçının qətli ilə bağlı son qərarını açıqlayıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistin öldürülməsində ittiham olunan 5 nəfərin hər birinə 20 il, 3 nəfərə isə 7-10 il həbs cəzası verilib.
Xatırladaq ki, nikah işləri üçün 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna gedən Kaşıkçıdan daha sonra heç bir xəbər alınmamışdı. Cinayətdən keçən müddət ərzində jurnalistin nə zaman, harada və necə öldürüldüyünə dair məlumatlar yayılsa da, mərhumun cəsədi tapılmamışdı. Amerika mətbuatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Kaşıkçı cinayətinin Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Muhammed Bin Salman tərəfindən sifariş olunduğu qənaətinə gəldiyini yazmışdı.



Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər