Bütün xəbərlər
İmzaladığı maddəni Tramp deyəndən sonra anladı, ortaya bu mənzərə çıxdı - Video
Tarix: 06-09-2020 20:37 | Bölmə: Dünya

                İmzaladığı maddəni Tramp deyəndən sonra anladı, ortaya bu mənzərə çıxdı


ABŞ və Serbiya arasında imzalanmış müqavilə Donald Tramp tərəfindən media nümayəndələrinə açıqlanarkən Serbiya Prezidenti Aleksandr Vuçiç gözlənilməz reaksiya verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Tramp Serbiya və Kosovanın iqtisadi əlaqələri normallaşdırmaq üçün müqavilə imzaladıqlarını, Serbiyanın səfirliyini isə Qüdsə köçürəcəyini açıqlayarkən Vuçiç narahatlıq keçirib. Əvvəlcə müqavilə mətnini vərəqləyən prezident daha sonra nümayəndə heyətinin üzünə baxaraq başını tutub.
Sosial şəbəkələrdə yayılan iddialara görə, Vuçiç müqaviləni imzalayarkən “Serbiya səfirliyini gələn ilin iyulunda Qüdsə köçürəcək” maddəsini görməyib və Trampın açıqlamasından sonra məhz bu səbəbdən narahatlıq keçirib.
Sosial şəbəkələrdə müzakirə edilən daha bir görüntü isə Aleksandr Vuçuçin Trampın qarşısında kiçik bir stulda əyləşdirilməsi olub.



Baxış sayı: 567


Bölməyə aid digər xəbərlər