Bütün xəbərlər
Pompeo: ABŞ Çinin hərbi potensialının artırılmasından narahatdır
Tarix: 05-09-2020 01:31 | Bölmə: Dünya

                 Pompeo: ABŞ Çinin hərbi potensialının artırılmasından narahatdır

ABŞ Çix Xalq Respublikasının hərbi potensialının artırılmasından narahatdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
M.Pompeo bildirib: "Bəli, mən Çinin Kommunist Partiyasının hərbi imkanlarını genişləndirməsindən narahatam. Əminəm ki, ABŞ prezidenti Donald Tramp bizə Amerikanın təhlükəsizliyini təmin etməyə imkan verəcək mövqeləri tutmağımızı təmin edəcək".
Dövlət katibinin sözlərinə görə, Çix Xalq Respublikasının Silahlı Qüvvələrinin gücləndirilməsi prosesi uzun zamandır davam edir və sürətlənir.





Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər