Bütün xəbərlər
Tramp: “Bayden dopinq yoxlamasından keçməlidir”
Tarix: 02-09-2020 14:45 | Bölmə: Dünya

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, demokratların prezidentliyə namizədi Co Bayden seçkiqabağı debatlardan əvvəl dopinq yoxlamasından keçməlidir.
Bu barədə “Fox news” məlumat yayıb.
D.Trampın fikrincə, C.Bayden bir sıra stimullaşdırıcı preparatlar qəbul edir.
Prezident qeyd edib ki, özü də analoji yoxlamadan keçməyə hazırdır.




Baxış sayı: 642


Bölməyə aid digər xəbərlər