Bütün xəbərlər
Tramp haqqında yazılan daha bir xəbəri təkzib etdi
Tarix: 02-09-2020 02:28 | Bölmə: Dünya

                  Tramp haqqında yazılan daha bir xəbəri təkzib etdi


ABŞ Prezidenti Donald Tramp bir neçə mikroinsult keçirməsi xəbərlərini təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, amerikalı lider bu barədə Tvitter səhifəsində yazıb:
“Bu heç vaxt bitməyəcək! İndi onlar sizin sevimli prezidentinizin bir neçə mikroinsultdan sonra Uolter Rid tibb mərkəzini ziyarət etdiyini söyləməyə çalışırlar. Belə şey olmayıb. Bunlar saxta xəbərlərdir. Bəlkə də onlar başqa partiyadan olan başqa namizədi nəzərdə tuturlar”.
Qeyd edək ki, “New York Times” qəzetinin müxbiri Maykl Şmidt iddia edib ki, Trampın tibb mərkəzinə planlaşdırılmamış səfəri zamanı anesteziya olunarsa, Mayk Pensə prezident səlahiyyətlərini üzərinə götürmək üçün hər ehtimala qarşı hazır olmaq tapşırılıb. Digər tərəfdən Ağ Ev Trampın illik tibbi müayinə üçün xəstəxanaya getdiyini açıqlayıb.


Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər