Bütün xəbərlər
Minskdə etirazçılarla güc strukturları arasında toqquşma - Video + Yenilənib
Tarix: 30-08-2020 21:58 | Bölmə: Dünya

                   Minskdə etirazçılarla güc strukturları arasında toqquşma


Belarusun paytaxtı Minskin Müstəqillik prospektində icazəsiz mitinq iştirakçıları ilə güc strukturları əməkdaşları arasında toqquşma olub. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
İnsident Dövlət Təhlükəsizliyi Komitəsinin binası yaxınlığında baş verib. Bir neçə nəfər saxlanılıb.  
Həmçinin, məlumdur ki, OMON Müstəqillik prospektində etirazçılar dəstəsini mühasirəyə alıb.
Paytaxtda dörd mərkəzi metro stansiyasının giriş-çıxışı bağlanıb: “Ploşad Lenina”, “Oktyabrskaya”, “Kupalovskaya” və “Ploşad Pobedı”.
***
Belarus Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Olqa Çemodanova “RİA Novosti”yə açıqlamasında bildirib ki, Minskdə iki saat davam edən icazəsiz aksiya zamanı 125 nəfər saxlanılıb.
***
Bir neçə min etiraz aksiyası iştirakçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minskdəki iqamətgahına yaxınlaşıb. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.
İqamətgah OMON dəstələri və Daxili Qoşunların bölmələri ilə əhatəyə alınıb.
Etirazçılar heç bir hərəkət etmirlər.
***
Minskdə başlayan güclü yağış səbəbindən prezident iqamətgahı önünə toplaşan etirazçılar dağılışmağa başlayıb.
Onlar kütləvi şəkildə ərazini tərk edirlər.
***
Minskdə icazəsiz aksiya zamanı Belarus hüquq-mühafizə orqanları tərəfindən saxlanılanların sayı 140-a yüksəlib.
“Qafqazinfo” bildirir ki, bunu “TASS”a Belarus Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Olqa Çemodanova deyib.
Daha əvvəl bu rəqəm 125 idi. 

              


Baxış sayı: 565


Bölməyə aid digər xəbərlər