Bütün xəbərlər
Uqandada futbol oynayan uşaqları ildırım vurdu, 10 nəfər öldü
Tarix: 28-08-2020 19:06 | Bölmə: Dünya

                   Uqandada futbol oynayan uşaqları ildırım vurdu, 10 nəfər öldü

Uqandada futbol oynayarkən yağan leysan yağışlardan qorunmaq üçün samandan hazırlanmış daxmaya sığınan uşaqları ildırım vurub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 13 uşaqdan 10-u dünyasını dəyişib. 9 uşaq hadisə yerində, 1-I isə xəstəxanada vəfat edib. Yaralanan digər 3 yeniyetmə isə xəstəxanada müalicə olunur.
Xatırladaq ki, Uqandada 2011-ci ildə məktəblərin birinə ildırım düşməsi nəticəsində 18 uşaq həyatını itirmişdi.


Baxış sayı: 567


Bölməyə aid digər xəbərlər