Bütün xəbərlər
“Aralıq dənizində də xoş xəbərlər alacağımıza ümid edirəm” - Ərdoğan
Tarix: 25-08-2020 00:51 | Bölmə: Dünya

                  “Aralıq dənizində də xoş xəbərlər alacağımıza ümid edirəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərlə toplantı keçirib.
“Qafqazinfo” “Hürriyet”ə isitnadən xəbər verir ki, iclas zamanı Qara dənizdə kəşf edilən qaz yatağından bəhs edən prezident Aralıq dənizindəki axtarış-kəşfiyyat işlərinin müsbət nəticə verəcəyinə ümid etdiyini deyib:
“İnşallah, bu müjdənin davamı gələcək. Qazın xalqın xidmətinə təqdim olunması 2023-cü ildə gerçəkləşəcək. Növbəti mərhələdə Aralıq dənizdə də oxşar xəbərlər alacağımıza ümid edirik”.
Qeyd edək ki, ötən həftə Qara dənizdə Sakarya Qaz Sahəsi adlanan bölgədə 320 milyard kubmetr ehtiyatı olan təbii qaz mənbəyi aşkar edilib.


Baxış sayı: 483


Bölməyə aid digər xəbərlər