Bütün xəbərlər
Rusiyalı vitse-admiral: "Bu yarışlar bizim dostluğumuzu gücləndirəcək"
Tarix: 24-08-2020 11:57 | Bölmə: Dünya

   Rusiyalı vitse-admiral: Bu yarışlar bizim dostluğumuzu gücləndirəcək

Vladimir Kasatonov
"Biz yenidən bu gözəl ölkəyə səfər etdiyimiz üçün çox şadıq. Dünyada pandemiyanın tüğyan etməsinə baxmayaraq, yarışın keçirilməsinə qərar verilib".
"Report"un məlumatına görə, bunu Rusiya Hərbi Dəniz Donanmasının (HDD) komandınının müavini, vitse-admiral Vladimir Kasatonov "Dəniz kuboku" beynəlxalq müsabiqəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, "Dəniz kuboku" yarışları hər iki ölkənin dostluq və dəniz qardaşlığının rəmzidir: "Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk. Yarışların şərtləri ildən-ilə inkişaf edir. Hesab edirik ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək. Bu, uzun illər davam edəcək və bizim dostluğumuzu gücləndirəcək".







Baxış sayı: 448


Bölməyə aid digər xəbərlər