Bütün xəbərlər
Lukaşenko vertolyotdan əlində avtomatla düşdü - Video
Tarix: 23-08-2020 22:30 | Bölmə: Dünya

                    Lukaşenko vertolyotdan əlində avtomatla düşdü


Minskdə Müstəqillik sarayının ərazisində Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu eniş edib. Dövlət başçısı nəqliyyat vasitəsindən bronjiletdə və əlində avtomatla çıxıb.
“Qafqazinfo” bildirir ki, həmin anın videosunu Belarus liderinin Mətbuat Xidmətinə yaxın olan “Pul pervoqo” teleqram kanalı yayımlayıb.
Kadrlardan görünür ki, avtomatın maqazini yoxdur.
Qeyd edək ki, Minskdə çoxminlik etiraz aksiyaları davam edir, onların iştirakçıları avqustun 9-da keçirilən prezident seçkilərində səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər.
Hansısa məqamda müxalifətçilər dövlət başçısının iqamətgahına yaxınlaşsa da, güc strukturları əməkdaşları və xüsusi texnikalar vasitəsilə onların qarşısı alınmışdı. Bundan sonra etirazçılar daha əvvəl toplaşdıqları əraziyə - "Minsk - qəhrəman şəhər" abidəsi tərəfə yollanmışdı.

             


Baxış sayı: 488


Bölməyə aid digər xəbərlər