22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Tramp “TikTok”a 90 gün vaxt verdi
Tarix: 15-08-2020 13:40 | Bölmə: Dünya

                     Tramp “TikTok”a 90 gün vaxt verdi

Prezident Donald Tramp “TikTok” tətbiqinin sahibi, Çin texnoloji şirkəti olan “ByteDance”in ABŞ-dakı aktivlərini 90 gün ərzində satması üçün Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan Fərmanda, “ByteDance”in ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədə biləcəyinə dair “etibarlı sübutların” olduğu bildirilib.
Fərmanda “ByteDance”in 90 gün ərzində ABŞ-dakı bütün aktivlərini satması şərt qoyulub. Həmçinin bildirilib ki, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə məlumat verməlidir.



Baxış sayı: 571


Bölməyə aid digər xəbərlər