22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Süleyman Kərimovun ailəsi “Forbes Russia”nın ilk pilləsində qərarlaşdı
Tarix: 05-08-2020 22:33 | Bölmə: Dünya

                  Süleyman Kərimovun ailəsi “Forbes Russia”nın ilk pilləsində qərarlaşdı


"Forbes Russia" ən zəngin rusiyalı iş adamlarının reytinqini açıqlayıb.
“Qafqazinfo” “Forbes Real Time”a istinadən xəbər verir ki, ilk dəfə olaraq birinci pillədə qızılçıxarma ilə məşğul olan “Polyus” kompaniyasının sahibi - Süleyman Kərimovun ailəsi qərarlaşıb.
Gün ərzində Kərimovun ailəsinin var-dövləti 1,7 milyard ABŞ dolları artaraq 24,8 milyard dollara çatıb.
Kərimovun ailəsinin var-dövlətinin əsasını “Polyus”un aksiyaları təşkil edir. Şirkətin əsas benefisiarı Süleyman Kərimovun oğlu Səiddir (səhmlərin 76,84%-i). Səid Kərimovun “Polyus”dakı bütün paketi hazırda 25,6 milyard dollar qiymətləndirilir.
S.Kərimov 1966-cı ildə Dərbənddə anadan olub, milliyətcə ləzgidir
Reytinqin ikinci pilləsində "Nornikel" şirkətinin rəhbəri və benefisiarı Vladimir Potanin yer alıb (24,6 milyard dollar). İlk üçlüyün sonuncusu Direktorlar Şurasının sədri və "NLMK" qrupunun əsas səhmdarı Vladimir Lisin olub (21,9 milyard dollar). 



Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər