Bütün xəbərlər
Braziliyanın birinci xanımı koronavirusa yoluxdu
Tarix: 31-07-2020 00:33 | Bölmə: Dünya

                  Braziliyanın birinci xanımı koronavirusa yoluxdu


Braziliya Prezidenti Jair Bolsonarunun həyat yoldaşı Mişel Bolsonaru koronavirusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” respublika başçısının Mətbuat Xidmətinə istinadən xəbər verib.
“Mişel Bolsonaru cümə axşamı günü, iyulun 30-da koronavirus testi verdi, nəticə müsbət çıxdı”, - Mətbuat Xidmətində bildiriblər.
Hazırda 37 yaşlı birinci xanım karantinə yerləşdirilib. O, Prezident Administrasiyası həkimlərinin nəzarəti altında olacaq.


Baxış sayı: 396


Bölməyə aid digər xəbərlər