Bütün xəbərlər
Ərdoğanla Putin Azərbaycan-Ermənistan gərginliyini müzakirə etdi - Yenilənib
Tarix: 28-07-2020 01:34 | Bölmə: Dünya

                   Ərdoğanla Putin Azərbaycan-Ermənistan gərginliyini müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” Türkiyə liderinin dəftərxanasına istinadən xəbər verib.
Bildirilib ki, tərəflər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.
***
"Anadolu" agentliyi yazır ki, Ərdoğanla Putin Ermənistanla Azərbaycan arasında yaranmış gərginliklə bağlı müzakirələr aparıblar. Onlar ikitərəfli münasibətlər və regional məsələlər üzrə əməkdaşlıq və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
***
V.Putin R.T.Ərdoğanı və türk xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“Vladimir Putin Türkiyə Prezidenti və türk xalqını qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik etdi”, - məlumatda deyilir.


Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər