Bütün xəbərlər
Erməni məhsulları Qod Nisanovun bazarına buraxılmır, nümayəndələr qovuldu
Tarix: 18-07-2020 14:39 | Bölmə: Dünya

                  Erməni məhsulları Qod Nisanovun bazarına buraxılmır, nümayəndələr qovuldu


Ermənistan sahibkarlarına məxsus məhsul dolu yük maşınları Moskvanın ən böyük topdansatış bazarlarından olan "Food City" kənd təsərrüfatı məhsulları bazarından çıxarılıb.
"Qafqazinfo" xəbər verir ki, erməni satıcılar məhsullarının artıq korlandığını bildirirlər.
Real TV-nin Rusiya bürosunun yaydığı məlumata görə isə ötən gün bazarın administrasiyası ilə görüşə gələn erməni diaspor nümayəndələri məkandan qovulub.
Qeyd edək ki, "Food City" bazarı Rusiyada fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamı Qod Nisanov və ortağı Zarah İliyevə məxsusdur. 
Fotoda sözügedən bazardan çıxarılan mal dolu erməni maşınları: 






Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər