22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ukrayna səfiri Ermənistan XİN-ə çağırıldı
Tarix: 14-07-2020 16:54 | Bölmə: Dünya

                  Ukrayna səfiri Ermənistan XİN-ə çağırıldı


Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Ukrayna Xairici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanatı olub.
"Qafqazinfo" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda bildirilib ki, Ukrayna tərəfi "Vəziyyətin Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında ərazi bütövlüyünə hörmət edilməklə siyasi yolla həll olunmasının tərəfdarıdır".
Bildirilib ki, Ukraynanın Ermənistandakı səfiri İvan Kulebanı Ermənistan Xarici İşlər nazirinin müavini qəbul edib.



Baxış sayı: 431


Bölməyə aid digər xəbərlər