22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Lavrov dərhal atəşi dayandırmağa çağırıb
Tarix: 13-07-2020 18:05 | Bölmə: Dünya

                 Lavrov dərhal atəşi dayandırmağa çağırıb


Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan ilə telefonla danışığında Azərbaycanstan-Erməni sərhədindəki vəziyyəti müzakirə edib. 
"Qafqazinfo" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Sergey Lavrov münaqişə tərəflərini dərhal atəşkəsə bərpa etməyə çağırıb.
"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə edilib. Sergey Lavrov tərəfləri dərhal atəşkəsi bərpa etməyə və götürdükləri öhdəliklər fonunda təmkinli olmağa səsləyib."
Həmçinin Lavrov Rusiyanın münaqişədə vasitəçilik missiyasını həm milli səviyyədə, həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam etdirəcəyini vurğulayıb.



Baxış sayı: 462


Bölməyə aid digər xəbərlər