Bütün xəbərlər
"Ölkədə koronavirusla bağlı vəziyyət bir aya düzələcək" - Tramp
Tarix: 09-07-2020 01:02 | Bölmə: Dünya

                       "Ölkədə koronavirusla bağlı vəziyyət bir aya düzələcək" -Tramp


ABŞ-da koronavirusla bağlı vəziyyət göstərilən səylər nəticəsində bir ay ərzində yaxşılaşacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp mətbuata müsahibəsində deyib.
"Hesab edirəm ki, iki, üç, dörd həftə sonra biz növbəti dəfə görüşəndə, hər kəs daha yaxşı formada olacaq",- deyə prezident bildirib. 
Həmçinin də, Donald Tramp etiraf edib ki, pandemiya ilə bağlı məhdudiyyətər yumşaldıldıqdan sonra bir çox ştatlarda, o cümlədən Kaliforniya və Floridada yoluxma sayında kəskin artım müşahidə olunub.
Qeyd edək ki, bu günədək ABŞ-da 3 milyona yaxın şəxs koronavirusa yoluxub, 131 mindən çox xəstə həyatını itirib.


Baxış sayı: 511


Bölməyə aid digər xəbərlər