22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Karantini pozan Səhiyyə naziri istefa verdi
Tarix: 02-07-2020 10:55 | Bölmə: Dünya

                   Karantini pozan Səhiyyə naziri istefa verdi


Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark bir müddət əvvəl tətbiq olunan karantin qaydalarını pozduğuna görə vəzifəsindən istefa verib.
“Qafqazinfo” “New Zealand Herald” qəzetinə istinadən xəbər verir ki, Klark aprel ayının əvvəlində koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan karantin qaydalarını iki dəfə pozduğunu etiraf etmişdi. O, bundan sonra istefa verməyə hazır olduğunu bildirsə də, Baş Nazir Casinda Ardern Klarkın koronavirus pandemiyası səbəbindən ölkədə yaranmış gərgin vəziyyətə görə vəzifədə qalacağını açıqlamışdı.
“Mən çox səhv etdim və istefamı istədim”,- deyə Klark qeyd edib. O bildirib ki, Baş Nazir bu dəfə onun istəyini qəbul edib.



Baxış sayı: 576


Bölməyə aid digər xəbərlər