Bütün xəbərlər
İnterpoldan İranın Trampla bağlı tələbinə - Cavab
Tarix: 29-06-2020 19:43 | Bölmə: Dünya

                    İnterpoldan İranın Trampla bağlı tələbinə


İnterpol beynəlxalq təşkilatı İran hökumətinin ABŞ Prezidenti Donald Trampın və general Qasım Süleymaninin öldürülməsində iştirak etməkdə günahlandırılan digər şəxslərin beynəlxalq axtarışı ilə bağlı müraciətinə cavab verib.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, bildirilib ki, təşkilatın konstitusiyasının 3-cü maddəsinə əsasən belə bir addım ata bilməzlər.
“İnterpol siyasi, hərbi, dini və irqi xarakterli hər hansı müdaxilə və ya hərəkətə yol verə bilməz”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 3-də Bağdad aeroportunda ABŞ Silahlı Qüvvələrinin raket zərbələri nəticəsində öldürülüb.


Baxış sayı: 515


Bölməyə aid digər xəbərlər