Bütün xəbərlər
ABŞ-da etirazçılar Corc Vaşinqtonun heykəlini dağıtdı
Tarix: 19-06-2020 16:39 | Bölmə: Dünya


                                      ABŞ-da etirazçılar Corc Vaşinqtonun heykəlini dağıtdı

ABŞ-ın Portlend şəhərində etirazçılar ölkənin ilk prezidenti Corc Vaşinqtonun heykəlini uçurub.
Unikal.org xəbər verir ki, 20 nəfərdən ibarət qrup heykəlin üzərinə ABŞ bayrağı ataraq yandırıb. Daha sonra qrupun sayı çoxaldıqca heykəlin uçurulmasına qərar verilib. Etirazçılar abidənin yerinə 1619 rəqəmini yazıblar. Bu tarix Amerikaya qulların ilk dəfə gətirildiyi ili simvolizə edir.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.


Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər