22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Terrorçular şəhəri ələ keçirib” - Tramp
Tarix: 11-06-2020 13:48 | Bölmə: Dünya

               “Terrorçular şəhəri ələ keçirib”


ABŞ Prezidenti Donald Tramp Sietldəki etirazçıları terrorçu adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə rəsmi tvitter hesabında yazıb: “Radikal sol demokratlar tərəfindən idarə olunan yerli terrorçular Sietl şəhərinə nəzarəti ələ keçirib”.
Belə ki, ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən öldürülən Corc Floyd üçün Sietl şəhərində təşkil olunan etirazlar zamanı etirazçılar şəhər şurası və bələdiyyə binalarını ələ keçirərək “Sietl müstəqil ərazisi” adlı plakatlar asıblar.
Prezident Tramp isə Vaşinqton qubernatoru Cey İnsli və şəhər meri Cenni Durkanı tənqid edərək iğtişaşlara qarşı daha qətiyyətli addımlar atmağa çağırıb.
“Dərhal şəhərinizi geri qaytarın. Əgər siz bunu etməsəniz, mən edəcəm. Bu, oyun deyil. Bu vəhşi anarxistlər dərhal dayandırılmalıdır!”
Qeyd edək ki, daha əvvəl Sietldə yerli idarəetmə etirazçıları dağıtmaq üçün polisin gözyaşardıcı qazdan istifadəsinə 30 günlük qadağa qoyduğunu açıqlamışdı.



Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər