Bütün xəbərlər
Suleymaninin ölümündə təqsirləndirilən casus edam ediləcək
Tarix: 09-06-2020 13:52 | Bölmə: Dünya

               Suleymaninin ölümündə təqsirləndirilən casus edam ediləcək


İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı Qasım Süleymaninin ölümündə əli olduğu iddia olunan bir nəfər həbs olunub.

“Qafqazinfo” “France24” telekanalına istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmaili açıqlama verib: “ABŞ və İsrail kəşfiyyatına işləyən Seyid Mahmud Musəvi Məcd edam cəzasına məhkum edilib. O, Qasım Süleymaninin yeri və gediş-gəlişi haqqında məlumatlar toplayaraq bizim düşmənlərimizə ötürüb”.
Xatırladaq ki, Qasım Süleymani yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində qətlə yetirilib.


Baxış sayı: 331


Bölməyə aid digər xəbərlər