22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ukraynalı deputatlar imza topladı: Erməni nazirin qovulması...
Tarix: 06-06-2020 00:07 | Bölmə: Dünya



Ukrayna Ali Radasında Daxili İşlər naziri Arsen Avakovun vəzifədən uzaqlaşdırılması ilə bağlı 3606 nömrəli müraciət qeydiyyata alınıb.
Bu barədə “İnterfaks” yazıb.
Müraciətin təşəbbüskarı kimi “Qolos” fraksiyasının deputatları çıxış ediblər. Onlar nazirin qovulmasının səsverməyə çıxarılması üçün parlamentarilərin imzalarını toplayıblar.
“Xalqın xidmətçisi” Partiyasının deputatları və “Avropa Həmrəyliyi”ndən Yana Zinkeviç də sənədin həmmüəllifləri sırasında olub.
Qeyd edək ki, A.Avakov milliyyətcə ermənidir.

Oxu.az



Baxış sayı: 753


Bölməyə aid digər xəbərlər