22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Vaşinqton meri Trampa qarşı tələb irəli sürdü
Tarix: 05-06-2020 19:08 | Bölmə: Dünya

               Vaşinqton meri Trampa qarşı tələb irəli sürdü

ABŞ-ın Vaşinqton şəhərinin meri Müriel Bouzer yenidən Prezident Donald Trampdan hərbçiləri paytaxtdan çıxarmağını tələb edib. “Qafqazinfo” bildirir ki, bu barədə o, Tvitterdə bildirib.  
“Mən tələb edirəm ki, Donald Tramp bizim şəhərimizdə federal hüquq mühafizə orqanları və hərbçilərin qeyri-adi yerləşməsinə son qoysun”, -  Bouzer Tvitterdə yazıb.
O, paylaşımına iyunun 4-də Trampa yazdığı məktubunu da əlavə edib, hansında ki, bildirir ki, paytaxtda komendant saatı rejimi başa çatıb, həbslər olmur və hərbçilərin geri çəkilməsi tələb olunur.
Bundan əlavə, o qeyd edib ki, federal agentlərin şəhərdə olması nümayişçiləri yalnız təhrik edir.
Tramp merin məsləhətinə əməl etməyə məcbur deyil, çünki Vaşinqtonun əhəmiyyətli hissəsi Federal xidmətlər tərəfindən qorunan federal mülkiyyətdir.
Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ölkədə, həmçinin Vaşinqtonda iğtişaşlar başlayıb. Bazar ertəsi günü paytaxtdakı etirazçılar dağıdılıb. Həmin vaxtdan şəhərdə gündəlik etirazlar dinc keçir.



Baxış sayı: 391


Bölməyə aid digər xəbərlər