22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Lukaşenko hökuməti istefaya göndərdi
Tarix: 03-06-2020 22:25 | Bölmə: Dünya

                 Lukaşenko hökuməti istefaya göndərdi

Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib. “Qafqazinfo” bildirir ki, bu barədə “BELTA” xəbər verib.
“Dövlət başçısı müvafiq fərman imzalayıb”, - deyə məlumatda bildirilir. Daha əvvəl Lukaşenko müşavirədə Nazirlər Kabinetinin tərkibini radikal şəkildə dəyişmək niyyətində olmadığını bildirmişdi. O qeyd edirdi ki, hökumətdən başqa işə yalnız iqtisadi böhran dövründə işin həcminin öhtəsindən gəlməyənlər yönəldilməlidir. Söhbətin kimdən getdiyini isə Lukaşenko dəqiqləşdirməyib.
Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilməlidir. Hazırkı dövlət başçısı onların ədalətli və düzgün keçəcəyini bəyan edib. Lukaşenko 1994-cü ilin iyul ayından bəri Belarus prezidenti vəzifəsini dəyişməz olaraq tutur. İndi onun 2020-ci ildə bitəcək beşinci prezidentlik dövrü gedir. O, 2001, 2006, 2010 və 2015-ci illərdə respublika başçısı seçkilərində 75 %-dən az olmayaraq səs toplayırdı.



Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər