Bütün xəbərlər
ABŞ-da polis qaradərili şəxsi boğaraq öldürdü, etirazlar başladı - Fotolar
Tarix: 27-05-2020 22:48 | Bölmə: Dünya

                   ABŞ-da polis qaradərili şəxsi boğaraq öldürdü, etirazlar başladı


ABŞ-ın Minneapolis əyalətində ötən gün dələduzluq iddiası ilə saxlanılan qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi əyalət sakinlərini ayağa qaldırıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, polisin dizi ilə boğazından sıxaraq öldürdüyü Corcun sonuncu “nəfəs ala bilmirəm” sözləri isə aksiyaların şüarı olub. Minlərlə insan hadisəni törədən polisin və digər əməkdaşların həbsini tələb edirlər. Hətta qaradərili insanlarla polis işçiləri arasında qarşıdruma yaranıb. Aksiyanı dağıtmaq üçün plastic mərmilərdən və gözyaşardıcı qazdan istifadə olunub.
Qeyd edək ki, Corc Floydu öldürən polislə yanaşı, ona kömək edən digər 3 nəfər də işdən azad edilib. Corcun ailəsi isə buna etiraz edərək həmin polislərin həbsini və ədalətli şəkildə cəzalandırılmalarını tələb edir.









Daha tez məlumatlanmaq üçün yeni Facebook sə


Baxış sayı: 475


Bölməyə aid digər xəbərlər