Bütün xəbərlər
Zelenski Saakaşviliyə bu vəzifəni verdi
Tarix: 07-05-2020 22:02 | Bölmə: Dünya

                  Zelenski Saakaşviliyə bu vəzifəni verdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri təyin olunub.
“Qafqazinfo” “İnterfaks”a isitnadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fəRman verib. Komitə Prezident yanında Milli İslahatlar Şurasının tərkibinə daxildir.
Saakaşvilinin müavini vəzifəsinə isə “İnternet İnvest Group” holdinqinin prezidenti Aleksandr Olşanski təyin olunub.
Xatırladaq ki, bundan əvvəl Saakaşvilinin Ukraynada Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsinə gətirilməsi planlaşdırılırdı. Ancaq rəsmi Tbilisinin etirazından sonra bu plan baş tutmadı
.


Baxış sayı: 529


Bölməyə aid digər xəbərlər