Bütün xəbərlər
Putin Kim Çeni mükafatlandırdı
Tarix: 05-05-2020 11:54 | Bölmə: Dünya

                  Putin Kim Çeni mükafatlandırdı

Şimali Koreya lideri Kim Çen In Rusiyanın “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” medalı ilə təltif olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyinin feysbuk hesabında açıqlama verilib:
“Rusiya Federasiyası Prezidentinin fərmanına uyğun olaraq, KXDR Dövlət Şurasının sədri Kim Çen In KXDR-də həlak olmuş və dəfn olunmuş Sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində göstərdiyi böyük şəxsi xidmətlərinə görə “1941-1945 illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” medalı ilə təltif edildi”.
 Qeyd olunub ki, medal Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora tərəfindən KXDR Xarici İşlər naziri Li Son Qvona təhvil verilib.


Baxış sayı: 894


Bölməyə aid digər xəbərlər