Bütün xəbərlər
Nikolun bağ evində dava: müavini Çoçoxa stəkan atdı
Tarix: 30-04-2020 00:43 | Bölmə: Dünya




Ermənistanın Baş naziri Nikol Paşinyanın yanında Baş nazirin müavini Tiqran Avinyan ilə Dərman və Tibb Texnologiyaları Ekspertizası Mərkəzi QSC-nin direktoru, daha çox “Navak Çoçox” ləqəbi ilə tanınan və sosial şəbəkələrin erməni seqmentində aktiv olan Vilen Qabrielyan arasında insident baş verib.
Axar.az xəbər verir ki, tərəflər spirtli içki qəbul etdiyi zaman mübahisə etməyə başlayıblar. Vəziyyət o yerə çatıb ki, Baş nazirin müavini Çoçoxa tərəf stəkan da atıb.
Erməni mətbuatının məlumatına görə, bütün bunlar Nikol Paşinyanın gözü qarşısında baş verib. Baş nazir insidentə son vermək üçün mühafizəçilərdən kömək istəməyə məcbur olub.
Hadisədən dərhal sonra Tiqran Avinyan qəzəbli şəkildə hökumət daçasını tərk edib və artıq bu vəziyyətə dözmək niyyətində olmadığını açıqlayıb.
“Politik.am” saytı bu qarşıdurmanın baş verdiyini, lakin hökumətin insidenti təkzib edəcəyinə şübhə etmədiklərini qeyd edib.


Baxış sayı: 715


Bölməyə aid digər xəbərlər