Bütün xəbərlər
“Kim Çen sağ və yaxşıdır” - Rəsmi
Tarix: 27-04-2020 20:29 | Bölmə: Dünya

“Kim Çen sağ və yaxşıdır”

“Kim Çen In sağdır və yaxşıdır. 13 apreldən etibarən Vonsan bölgəsində qalır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Naziri Mun Çje İnin xarici siyasət üzrə müşaviri Çan in Mun açıqlama verib.
“İndiyə qədər heç bir şübhəli vəziyyət müşahidə olunmayıb”,- deyə Çan İn Mun bildirib. 
Buna baxmayaraq, Yaponiya mətbuatında Şimali Koreya lideri Kim Çen Inın komada olduğu barədə iddialar yayılıb.
Vaşinqtonda yerləşən və Şimali Koreya ilə bağlı araşdırmalar aparan bir beyin mərkəzi ( 38 NORTH ) isə Kim Çen İnə aid olduğu iddia edilən bir qatarın peyk şəkillərini paylaşıb. “38north.org” veb saytında yayımlanan peyk görüntülərində qatarın Vonson şəhərindəki stansiyada gözlədiyi görünür. Bu görüntülər Cənubi Koreya rəsmisinin iddiasını gücləndirib.
Qeyd edək ki, bu yaxınlarda Şimali Koreyanın Dövlət Radiosu Kim Çen Inın Samçjiyon şəhərinin yaradılmasında iştirak edən insanlara minnətdarlıq bildirdiyini açıqlamışdı. Kim Çen Inın minnətdarlığını məhz hansı formada etdiyi dəqiqləşdirilməyib.


Baxış sayı: 512


Bölməyə aid digər xəbərlər