22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Kadırovdan sonra məmurlar da saçlarını keçəl qırxdı - Fotolar
Tarix: 22-04-2020 15:46 | Bölmə: Dünya

                   Kadırovdan sonra məmurlar da saçlarını keçəl qırxdı

Çeçenistan rəhbəri Ramzan Kadırov saçını keçəl qırxdıqdan sonra respublikadakı bir çox məmur da onun çağırışına qoşulub.
“Qafqazinfo” Çeçenistan mətbuatına istinadən xəbər verir ki, Kadırov ölkədə koronavirus səbəbilə bərbərxana və salonların faəliyyəti dayandığı üçün insanları saçlarını keçəl qırxmağa çağırıb.
Ölkə başçısının bu çağırışına daha sonra bir sıra dövlət məmurları da qoşulub. Yerli məmurlar və yüksək vəzifəli şəxslər saçlarını qırxaraq foto və videoları öz sosial şəbəkə hesablarında yerləşdiriblər.
Qeyd olunub ki, Prezidentin çağırışına qoşulanlar arasında əsasən Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları yer alıb.





Baxış sayı: 541


Bölməyə aid digər xəbərlər