Bütün xəbərlər
Nyu-York məktəbləri dərs ilinin sonunadək bağlı qalacaq
Tarix: 11-04-2020 20:29 | Bölmə: Dünya

                  Nyu-York məktəbləri dərs ilinin sonunadək bağlı qalacaq


ABŞ-ın Nyu-York şəhərində məktəblər koronavirus təhlükəsi səbəbindən dərs ilinin sonuna qədər bağlı qalacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu şəhər meri Bill de Blazio mətbuat konfransında deyib.
“Nyu-York məktəbləri dərs ilinin sonuna qədər bağlı qalacaq. Bu, asan qərar deyil”, - de Blazido deyib.
Xatırladaq ki, martın 16-da hakimiyyət məktəblərin aprelin 20-dək bağlı olacağını açıqlamışdı.


Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər